“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər“ - İdman yazarı

saytların hazırlanması

Evə çatdırılma

“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər“ - İdman yazarı

İdman

05 Noyabr 2021 11:55 812


“Hazırda eyforiyaya qapılmaq ziyanımıza işləyə bilər. Çünki Konfrans Liqasında 1/8 final oynamaq üçün "Qarabağ"a hələ qrupu indiki kimi lider olaraq başa vurmaq mütləqdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri idman yazarı Aydın Bağırov şəxsi “Facebook” hesabında yazıb. O, növbəti oyunlardan sonra qrup liderliyinin müəyyənləşəcəyini qeyd edib:

“Hər şey son turun dekabr ayında İsveçrədə keçiriləcək "Bazel" - "Qarabağ" görüşündə qətiləşəcək. Məhz həmin oyundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Bu qrupda ikinci yeri tutan pley-offda Avroliqanın ən yaxşı qrup üçüncüsündən biri ilə oynayacaq. Qalib Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanacaq. pizza

İndiki halda isə onu demək olar ki, "Qarabağ" əla oyun və göstərici ilə irəliləyir. Yığılan 10 xal bizim üçün bir mövsümdə rekord olmaqla yanaşı həm də UEFA reytinqində mövqeyimizi qorumaq (ya da artırmaq) deməkdir”.

Mehri Qurban

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!