Həbib döyüşdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Həbib döyüşdən imtina etdi

İdman

21 İyul 2020 16:24 1458


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Geyci ilə görüşdə iştirak etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu abrədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun UFC 253 çempionatına qatılmayacağını söyləyib. pizza mizza

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüş keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!