Həbib Nurməhəmmədov Castin Qetjini məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

Həbib Nurməhəmmədov Castin Qetjini məğlub etdi

İdman

25 Oktyabr 2020 01:11 2874


MMA üzrə UFC-254 turniri başa çatıb.

Yenisabah.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.

Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində baş tutub. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini ilə qarşılaşıb. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub. pizza sifarişi

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!