Həbibin döyüşünün vaxtı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Həbibin döyüşünün vaxtı məlum oldu

İdman

29 İyul 2020 00:14 891


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüşün vaxtı məlum olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma böyük ehtimalla oktyabrın 24-də - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Qeyd edək ki, əvvəlcə döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!