Həbs olunan müavin Yaqub Eyyubovun qardaşı nəvəsi imiş

Həbs olunan müavin Yaqub Eyyubovun qardaşı nəvəsi imiş

Hadisə Veb saytların hazırlanması

19 Dekabr 2019 17:12 4234


Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin və onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb. Bu gün isə icra hakimiyyəti başçısının daha bir müavini tutulub. Bu başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.

“Yeni Sabah” xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, həbs olunan müavin Lalə Eyyubova Baş Nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!