Həbs xəbəri yayılan məmurlar DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Həbs xəbəri yayılan məmurlar DANIŞDI

Sosial

19 Dekabr 2019 20:37 1479


Rayonda keçirilən xüsusi əməliyyat zamanı həbs olunduğu deyilən Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, baku/ws-in bölgə muxbirinə açıqlamasında haqqında yayılan məlumatların əsası olmadığını bildirib. Baş memar bildirib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır.

"Hazırda Bakıdayam, iclas idi bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram". pizza

Ağatafa rayon Mərkəzi Xəsətəxanasının baş həkimi Fatma Vəliyeva da baku.ws-in bölgə muxbirinə həbs xəbəri ilə bağlı açıqlama verib. 

"Yayılan xəbərlər doğru deyil. Mən sabah rayonun Düz Qışlaq kəndində Yaponiya səfirliyinin iştirakı ilə həkim məntəqəsinin açlışında iştirak edəcəm. Bizimlə millət vəkilimiz Məlahət İbrahimqızı da olacaq. İşimdəyəm heç bir qanunsuz əməlim yoxdur məni həbs edələr".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!