Həbsdə olan bağça müdirinə yenidən cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan bağça müdirinə yenidən cinayət işi açıldı 

Kriminal

09 Aprel 2020 11:19 962


Dələduzluqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Musazadə Şəfiqə Məhəmməd qızına Binəqədi rayonunda analoji maddə ilə yenidən cinayət işi başlanıb. 

“Yeni Sabah”ın xəbərinə görə, Ş.Musazadənin cinayət işinə hakim Elçin Ağayev sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Əsədova Kəmalə Kamran qızı tanınıb. 

Qeyd edək ki, Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub. 2018-ci ildə isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.  Dördpendirli pizza

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, aşpaz, mühafizəçi kimi işə götürüb. Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib. Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!