Həbsdə olan bələdiyyə sədri hakim qarşısına çıxır

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan bələdiyyə sədri hakim qarşısına çıxır

Kriminal

08 May 2021 09:41 929


Mənimsəmədə təqsirləndirilən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və onunla birgə ittiham olunan Anar Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Aqil Musayevin hakim icraatına verilib. Toyuqlu pizza

Qeyd edək ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!