DTX-nın həbs etdiyi generalın səhhəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın həbs etdiyi generalın səhhəti pisləşdi

Maraqlı

29 Noyabr 2022 09:38 2065


Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib, müalicə müəssisəsinə yerləşdirilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.

O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. pizza sifarişi

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.

R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

N.Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!