Həbsdə uşaq dünyaya gətirən qadın ömürlük cəzadan xilas oldu

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə uşaq dünyaya gətirən qadın ömürlük cəzadan xilas oldu

Dünya

17 Mart 2025 17:34 397


Türkiyədə 14-cü dəfə ana olan qadın 472 illik cəzadan azad edilib.

Yenisabah.az xəbər verir ki, İstanbulda 36 yaşlı Ceylan Çiçək adlı qadının 189 cinayət qeydi və 20 iş üzrə axtarışı olduğu, 12 il qəti həbs cəzası və hamiləlik səbəbilə təxirə salınmış 472 il həbs cəzası olduğu müəyyən edilib.

16 yanvar 2025-ci ildə Bayrampaşa rayonunda oğurluq hadisəsi ilə bağlı aparılan araşdırma zamanı Ceylan Çiçək və Belkız Ura adlı şəxslərin kimliyi müəyyən edilib. pizza

22 fevralda keçirilən əməliyyat zamanı hamilə olan Ceylan Çiçək tutulacağını anlayaraq pəncərədən atlayıb, lakin polis tərəfindən yaxalanıb. Onun 13 uşağı olduğu və 14-cü uşağına hamilə olduğu məlum olub.

Məhkəməyə göndərilən Çiçək həbs edilib və cəzaevinə göndərilib. Daha sonra 14-cü uşağını dünyaya gətirdikdən sonra hamiləlik səbəbilə təxirə salınmış 472 illik həbs cəzasına görə sərbəst buraxılıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!