Həbsdən çıxan AXCP üzvü partiyadan istefa verdi: Sərt ittihamlar - Video

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan AXCP üzvü partiyadan istefa verdi: Sərt ittihamlar - Video

Siyasət

18 İyun 2020 16:05 1600


CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.

“Yeni Sabah” Correct.az-a istinadən xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib və bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.

Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O, bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənilib. Toyuqlu pizza

Q. Əliyev bildirib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.

Həmin görüntüləri oxucularımıza təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!