Həbsdən çıxan “Yeni Klinika”nın sabiq direktoru ilk dəfə göründü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan “Yeni Klinika”nın sabiq direktoru ilk dəfə göründü - Fotolar

Maraqlı

10 İyul 2023 21:50 1527


Bu ilin may ayında həbsdən azad edilən "Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasovun görüntüləri yayılıb.

Yenisabah.az xəbər verir ki, teleaparıcı Hacı Nuran Hüseynov 2 ay əvvəl azadlığa buraxılan P. Abbasovla fotolarını paylaşıb.

Qeyd edək ki, bu ilin may ayında Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2\3 hissəsi başa çatıb. Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib. pizza mizza

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!