Həbsxanaya telefon keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya telefon keçirmək istədi

Kriminal

23 Aprel 2019 15:42 1069


Bakıda həbsxanaya telefon keçirmək istəyən şəxs saxlanılıb. 

Penitensiar Xidmətin İctimai Əlaqələr şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb. 

Cinayət Məcəlləsinin 126.1; 234.1 və 66.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səfərbəyov Həsən Rəsul oğlu ilə qısamüddətli görüşə gəlmiş qaynı Füzuli rayon sakini Məmmədov Ramin Əflatun oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.  Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!