“Heç bir sülh müqaviləsi yoxdur“ - Spiker

saytların hazırlanması

Evə çatdırılma

“Heç bir sülh müqaviləsi yoxdur“ - Spiker

Rəsmi

04 Oktyabr 2022 15:24 1126


“Sülh sənədi, yaxud layihəsi yoxdur”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinnin spikeri Alen Simonyan deyib.

“Söhbət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən gedirsə, Ermənistan Respublikasının heç vaxt qonşu dövlətlərdən ərazi tələbləri olmayıb, – deyə Simonyan qeyd edib. - Hələ 1991-ci ildə bir-birimizin ərazi bütövlüyünü tanımışıq. Eləcə də sonradan imzalanmış sənədlər var ki,  ərazi bütövlüyü tanınıb". pizza mizza

Spiker əlavə edib: "Yenə deyirəm, Ermənistan Respublikası müstəqillik qazandıqdan sonra heç vaxt ərazi iddiası ilə çıxış etməyib. Söhbət “Artsax xalqının” öz müqəddəratını təyinetmə hüququndan gedir. Bunlar hüquq məsələləridir və mən düşünmürəm ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq mümkün sənədə “Artsax” sözünü daxil etmək olar. Bu, mənim şəxsi fikrimdir”.

Simonyan bildirib: “İndi ortada hər hansı bir sənəd yoxdursa, mən necə “qırmızı xətlər”dən danışım? Amma beynəlxalq normalara əsaslanan sülh sazişi imzalamağa hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!