Tanınmış şairə-aparıcı Nazilə Səfərli Novxanı bələdiyyəsindən şikayət edib.
Yenisabah.az xəbər verir ki, şairə küçələrində zibil qutularının olmamasından gileylənib.
Sosial şəbəkədə Novxanı qəsəbəsi, S.Vurğun küçəsindən görüntülər paylaşan N.Səfərli bələdiyyəyə səslənib: pizza mizza
"Həm deyirsiniz ki, özünüzü qoruyun, həm də düz hasarımızın qabağına zibillərinizi düzmüsünüz. Bu işi görənlərin heç biri şüurlu insanlar deyil, bəs bu işə baxanlar niyə işləmir? Novxanıdakı bu biabırçılığı bir an öncə yığışdırsınlar! Novxanı bələdiyyəsi, niyə işləmirsiniz? Hanı bu küçənin zibil qabları? Zibillər niyə daşınmır? Belə olmaz. Evdə otur deyilib, bu zibilli küçədə evdə otursaq nə fayda?".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız