“Heç kəsə yardım etmək borcumuz yoxdur, borcumuz dövlətədir” - Ədalət Şükürov

saytların hazırlanması

Evə çatdırılma

“Heç kəsə yardım etmək borcumuz yoxdur, borcumuz dövlətədir” - Ədalət Şükürov

Şou

04 May 2020 16:50 1786


“Hamı elə bilir ki, müğənnilər bütün günü pul qazanır”.

Yenisabah.az-a xəbər verir ki, bu sözləri əməkdar artist Ədalət Şükürov Lent.az-ın canlı yayımında deyib.

“Əslində, müğənnilər ilin 6 ayını çalışırlar. Sonra tədbirlər olmur. Bunun məhərrəmlik ayı, ramazan və digər ayları var ki,  onda tədbirlər olmur. Sadəcə, biz həkimlərdən, müəllimlərdən, siyasətçilərdən fərqli olaraq, göz önündəyik, həyatımız hamı üçün maraqlıdır”,- deyə o, əlavə edib. Toyuqlu pizza

Daha sonra əməkdar artist, son zamanlar bir sıra məşhurların iştirak etdiyi yardım kompaniyasından da danışıb.

“Bir də görürsən, elə yazırlar ki, mənə kömək etməlisən. Mən yenə də deyirəm ki, heç kimin heç kəsə borcu yoxdur. Bizim ancaq dövlətə və valideynlər qarşısında borcumuz var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!