"Ermənistan hakimiyyəti nəyi müzakirə etdiyini izah etməlidir".
Yenisabah.az "Armenian News" istinadla xəbər verir ki, bunu parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib.
O, Baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işinin bərpası ilə bağlı xəbəri şərh edib. Pepperoni pizza
İşxan Saqatelyan Azərbaycanla danışıqların davam etdiyi barədə hətta rəsmi məlumatın olduğunu xatırladıb: "Amma nə ilə bağlı müzakirələr gedir? Müzakirələrdə anklavlar müzakirə olunurmu? Mehri Dəhlizi məsələsi də müzakirələrə daxil edilibmi? Sülh anlayışı nə deməkdir?”
Vitse-spiker qeyd edib ki, Azərbaycanın davranışları və yanaşmaları hamıya bəllidir: Bakı mövcud vəziyyətdən maksimum istifadə etmək istəyir.
“Bunun fonunda Azərbaycan Vardenis, Sünik və Sevan da daxil olmaqla, bəzi ərazilərlə bağlı bəyanatlarla çıxış edir. Ən vacib sual Ermənistan hakimiyyətinin bu vəziyyətdə mövqeyinin necə olmasıdır. Heç kim danışıqların əleyhinə deyil, ancaq danışıqlar təzyiqlə aparılmamalıdır. Üstəlik, bu danışıqlar nəticəsində yeni güzəştlər edə bilmərik. Hazırda cavabsız suallar var. Ermənistanda özünü hakimiyyətdə görən insanlar Ermənistan Respublikasının maraqlarına xidmət edə bilmirlər”, - deyə Ermənistan parlamentinin vitse-spikeri vurğulayıb.
Xatırladaq ki, avqustun 17-də Moskvada üçtərəfli işçi qrupu işini bərpa edib. Görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib və üç ölkə liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində görülən işlərin gedişatını nəzərdən keçiriblər. Lakin əvvəllər Ermənistanın ən yüksək səviyyəli orqanları komissiyanın işinin yalnız Azərbaycan hərbi birləşmələrinin sərhəddən geri çəkildiyi halda bərpa oluna biləcəyini bəyan etmişdilər.
Telegram kanalımız