“Heç kim Ermənistana sərmayə qoymur” - Koçaryan

saytların hazırlanması

Evə çatdırılma

“Heç kim Ermənistana sərmayə qoymur” - Koçaryan

Dünya

29 Aprel 2021 10:06 779


"Heç bir investor, sağlam düşüncəli insan Ermənistana sərmayə qoymur və qoymayacaq".

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O, ölkəsində vəziyyətin acınacaqlı olduğu bildirib.

“Bank sistemini məhv etdilər. İş adamlarını təqib və təhdid etməyə başladılar. Yatırımlara son qoymaq üçün yalnız bir təklif kifayətdir. Baş nazir deyəndə ki, hər biznesmenə Milli Təhlükəsizlik Xidmətinin bir əməkdaşı təhkim olunacaq, bu, onu göstərir ki, investor psixologiyası barədə bilik sıfır səviyyəsindədir. Bu cür səfehliyi düşünmək belə çətindir", - deyə R.Koçaryan baş nazir Nikol Paşinyanın fəaliyyətini tənqid edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!