“Heç kimə hüquq verilməyib ki...” - MSK sədri sosial şəbəkədə yayılan görüntülərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Heç kimə hüquq verilməyib ki...” - MSK sədri sosial şəbəkədə yayılan görüntülərdən danışdı

Sosial

23 Dekabr 2019 17:09 1296


"Mərkəzi Seçki Komissiyası" (MSK) sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı yayılan görüntüləri araşdırmağa başlayıb”.

"Yeni Sabah" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə etsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək”. Toyuqlu pizza

MSK sədri deyib ki, seçkilərlə bağlı müraciətlər, ilk növbədə, dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: “DSK-larda müraciət barədə qərar qəbul edildikdən sonra MSK-ya müraciət etmək olar. Əgər namizədlər müraciətlərə tez baxılmasını istəyirlərsə, ilk növbədə, DSK-lara müraciət etməlidirlər. DSK-nın qərarından narazı qalsalar, MSK-ya müraciət etsinlər. Sosial şəbəkələrdə 10-15 bələdiyyə ilə bağlı görüntülərə rast gəlinib". /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!