“Heç kimin ailəsini dağıtmamışam“ - Hüseynin xanımı danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Heç kimin ailəsini dağıtmamışam“ - Hüseynin xanımı danışdı

Şou

03 Fevral 2021 14:50 1289


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailə quran aktrisa Aysel İbrahimova ünvanına yazılan tənqidlərə cavab verir.

Yenisabah.az xəbər verir ki, o, haqqında "Ailə dağıdıb" yazanlara sərt cavab verib:

"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır”. pizza mizza

Aktrisa ailə qurmaqda pis heç nə olmadığını söyləyib:

“Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki... Cəmiyyətdə xəyanət edən qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox. Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Qeyd edək ki, bu, Hüseyn və Ayselin ikinci nikahıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!