“Lokomotiv”in koronavirusa yoluxan perulu futbolçusu Cefferson Farfan açıqlama verib.
Yenisabah.az xəbər verir ki, 35 yaşlı hücumçu virusla mübarizəsindən danışıb:
“Vəziyyət nəzarət altında idi. Sadəcə bir simptom var idi. O da dəhşətli baş ağrısı idi. Heç vaxt belə baş ağrısı yaşamamışdım. Əvvəlcə dad və qoxu hissini itirdim. Sezar pizza
Ancaq sonrasında hər şey qaydasına düşdü. Mənim simptomlarım bilinən kimi nəzarətə alındım. İndi hər şey yaxşıdır. Əvvəlcə bədənimdə də ağrı var idi.
Ancaq ən dəhşətlisi baş ağrısı idi. Heç “poxmel” olanda başım belə ağrımırdı. İnsanlar vəziyyətin ciddiyətini bilməlidir. Sağlamlıqlarının qayğısına qalmalıdırlar”. (Sportinfo.az)
Telegram kanalımız