“Heç vaxt düşünməzdim ki, belə bir duruma düşəcəm” - Elməddin Cəfərov

saytların hazırlanması

Evə çatdırılma

“Heç vaxt düşünməzdim ki, belə bir duruma düşəcəm” - Elməddin Cəfərov

Şou

28 Avqust 2021 00:14 5045


“Elə vaxt olub ki, eyni anda 5 serialım yayımlanıb, 5 seriala baş prodüsserlik etmişəm. Heç vaxt düşünməzdim ki, belə bir duruma düşəcəyəm. Heç pandemiyanı da düşünməmişdim. Pandemiya işlərimizi yarımçıq qoydu, bütün planlarımızı pozdu. Yenə də bu günümüzə şükür edirəm”

Yenisabah.az xəbər verir ki, bunu tanınmış aktyor Elməddin Cəfərov deyib. O pandemiyaya görə yeni mövsümdən bir serial ilə davam edəcəyini bildirib.

“Yeni mövsümdə təkcə “Qız atası” serialımız yayımlanacaq. “Ailəmiz” serialının sponsora görə yayımını dayandırmışıq. Pandemiyadır, sponsor gəlmir, şirkətlərin bir çoxu ziyandadır, işləmək çətinləşib. Yeni mövsümdən yox, ola bilsin ki, yeni ildən yaxud da gələn mövsümdən yeni iş görə bilək. Uzun illərdir çalışdığım, sevə-sevə seriallarımda çəkilən və ailəmizin bir üzvünə çevrilən Xalq artistləri Firəngiz Mütəllimova və Fatma Mahmudova ilə gələcəkdə yenə də yeni layihələrdə olacağam” deyə Elməddin Cəfərov bildirib. Pepperoni pizza

O daha sonra dramatik obrazlardan və teatrda çalışmaq istəyindən də danışıb.

“Çox insan deyir ki, dramatik janrda oyna, serial çək. Amma dram janrında serial çəkməyi düşünmürəm. Özüm də dram janrında seriala yox, amma nə vaxtsa bəlkə kinoya çəkilərəm. Bu mənim əsas hədəfim deyil. Özümü komediya janrında istədiyim kimi sübut etməmişəm ki, qalsın dram janrında sübut edim. O ki, qaldı teatra. Elə bir dəvət, təklif yoxdur. Bəlkə dəvət olsa baxaram, fikirləşərəm, çalışaram. Həm də yaşım gedir, artıq 41 yaşım var. Hədəflərim kiçilir” deyə aktyor bildirib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!