“Həcc pullarının Türkiyəyə verilməsi düzgün deyil”    - Rafiq Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Həcc pullarının Türkiyəyə verilməsi düzgün deyil”  - Rafiq Əliyev

Maraqlı

16 Fevral 2023 14:58 966


Bu il Həcc ziyarətinə ayrılacaq vəsaitin Türkiyəyə yardım üçün göndərilməsi təklif edilir. Bildirilir ki, humanitar yardımın savabı daha çoxdur. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev isə Pravda.az-a açıqlamasında təklifə etirazını bildirib. 

“Bilmirəm bu, nə məsələdir? Hər şeyi zəlzələyə bağlayırlar. Zəlzələyə verilən yardımlar başqa məsələdir. Məsələn, Pakistanda məmurun bir günlük, nazirin bir aylıq maaşını verirlər. Məgər dövlət Həcc üçün pul ayırır? Hər kəs Həccə öz pulu ilə gedir. Dövlət hər il Həccə pul ayırırsa, onda bu il ayırmasın, hara istəyirsə, versin. Lap zəlzələdə zərərçəkən insanlara da paylaya bilər. Amma Həcc savabını yardım savabı ilə əvəzləmək düzgün deyil. Bu, nə “Qurani-Kərim”də, nə də hədislərdə var. Təbii fəlakətdir. Bunun Həccə dəxli yoxdur. Bunu təklif edən adamları başa düşmürəm ki, hansı məntiqlə çıxış edirlər. Niyə belə variantlara əl atırlar? Guya insanların yanında özlərini yaxşı edirlər ki, Türkiyəyə köməyimiz dəyib. Onsuz da Türkiyəyə başqa ölkələrdən də çox kömək edirik. Çünki Türkiyə bizə onlardan daha yaxındır, qardaşdır və həmişə bizə kömək edir. Amma Həcc pullarını bu məsələyə qatmaq düzgün deyil. Hər şeyin öz savabı var. Humanitar yardımın da savabı başqadır…”  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!