“Hədəfimiz Azərbaycan və Estoniya ilə matçlarda qalib gəlməkdir“

saytların hazırlanması

Evə çatdırılma

“Hədəfimiz Azərbaycan və Estoniya ilə matçlarda qalib gəlməkdir“

İdman

22 Mart 2023 18:39 830


Avstriya millisinin futbolçusu Gernot Trauner Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, "Feyenoord"un mərkəz müdafiəçisi yerli mətbuata açıqlamasında hədəflərinin hər iki matçda qələbə qazanmaq olduğunu deyib:

"İki qələbə turnir cədvəli üçün yaxşı başlanğıc olardı. Hədəfimiz hər iki matçda qalib gəlmək, daha sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Azərbaycan millisində oynayan Ozan Can Kökçünün qardaşı Orkun Kökçü "Feyenoord"dan komanda yoldaşımdır. Hər iki oyunda topa daha çox sahib olmaq və bundan faydalanmaq vacibdir". pizza hut

Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycan millisini ilə, martın 27-də isə Estoniyanı qəbul edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!