Həftə sonu bütün marşrutlar fəaliyyətini dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Həftə sonu bütün marşrutlar fəaliyyətini dayandıracaq

İqtisadiyyat

27 Noyabr 2020 17:28 870


Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq. Pepperoni pizza

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!