Həftənin ilk günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Həftənin ilk günü hava necə olacaq?

Sosial

27 Oktyabr 2019 11:09 949


Ölkə ərazisində oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. 

Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-16°, gündüz 20-23°, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. pizza hut

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. 

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!