Həftənin ilk günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Həftənin ilk günü hava necə olacaq?

Sosial

22 Dekabr 2019 11:18 1097


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.

Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!