Məlum olduğu kimi, martın sonundan mayın sonlarına qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Lakin mayın 27-də karantin rejiminin yumşaldılmasından sonra yeni yoluxma hallarında sürətli artım müşahidə olunub.
Bu isə həftəsonu məhdudiyyətlərin tətbiq olunmasına əsas yaratdı. Həftəsonu məhdudiyyətlərin tətbiqi nəticəsində koronavirusa zəncirvari yoluxma hallarının qarşısı qismən alındı və bu istiqamətdə mənfi dinamika aşağı düşüb.
Məsələn, mayın 19-da 131 yeni yoluxma və 143 sağalma göstəricisi müqabilində, iyunun 3-də yeni yoluxma halları ilk dəfə olaraq 300 nəfəri keçdi və 325 yeni yoluxma faktı qeydə alındı, 101 nəfər isə sağalaraq evə buraxıldı. Ötən 14 gün ərzində həyata keçirilən tədbirlər, o cümlədən həftəsonu məhdudiyyətlər artım dinamikasının nəzarətdə saxlamağa imkan verdi. Ötən həftələrin orta statistik yoluxma göstəricilərinin müqayisəsi təqdim olunsun. pizza hut
Hazırda qeydə alınan gündəlik 300-dən çox yeni yoluxma faktları onu göstərir ki, karantin rejimi davam etməli, yoluxma sayında azalmaya nail olmaq vacibdir. Çünki əks təqdirdə süərtli yolxuma sayı xəstələrin sayının artmasına və nəticə etibarı ilə səhiyyə sistemi üçün çətinliyə səbəb ola bilər. Yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə isə karantin və məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu mənada cəmiyyətin xəstəliyə qarşı effektiv mübarizə üçün karantin və məhdudiyyətlərə hazır olması lazımdır.
Tibb mütəxəssisləri də yoluxma halının artmasını əsas gətirərək karantin və məhdudiyyətlərin vacib olduğunu bildirir. Onların fikrincə, məhdudiyyətlər tətbiq olunacağı və vətəndaşların qaydalara riayət edəcəyi təqdirdə infeksiyanı lokallaşdırmaq mümkündür. “Koronavirusun əsas xaraterik cəhəti sürətli yayılmasıdır. Özünütəcrid və sosial məsafə saxlamaq məhz bu səbəbdən vacidbir. Bəzən deyirlər ki, həftəsonları karantinin heç bir effketi yoxdur. “Əgər həfətnin 5 günü təhlükə yoxdursa, həftəsonu necə ola bilər?” deyərək müxtəlif mülahizələr irəli sürürlər. Əslində isə belə deyil. Təcrübə göstərir ki, hətta iki günlük təcrid vəziyyəti də yolxuma halına təsir edir və daha az adam yoluxur. Dünya ölkələri də bu təcrübədən istifadə ediblər. Məsələn, Türkiyə də 48 saatlıq komendant saatı tətbiq edirdi. Bununla da yoluxma halını azalda bildi”, - deyə mütəsəxəssislər bildirib.
Telegram kanalımız