“Həftəsonu qapanmalarından gözlədiyimiz nəticəni ala bilmədik” - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

“Həftəsonu qapanmalarından gözlədiyimiz nəticəni ala bilmədik” - TƏBİB

Sağlamlıq

20 İyun 2020 11:13 725


"Təəssüf ki, biz iki həftə ərzində həftəsonu qapanmalarla bağlı gözlədiyimiz nəticəni ala bilmədik, tam əks nəticəni gördük".

Yenisabah.az bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, sosial aktivliyi, bir yerə toplanmanı azaltmaq əsas hədəfdir: Toyuqlu pizza

"Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər. Bu sizin qohumunuz və ya tanışınız da ola bilər. Virus tənəffüs yolu ilə yayılır. Unutmayın ki, bu gün xəstəliyin peyvəndi, spesifik müdalixəsi yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!