Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

Şou

26 İyun 2020 11:40 1651


“Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalsa da, son iki gün içərisində ağciyər toxumasında yenidən havalanma görülüb”. 

Yenisabah.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsinin başlanıldığı ilk 10 gün ərzində heç bir müsbət irəliləyiş olmayıb: pizza mizza

“O, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi. Ağciyərlərin vəziyyəti onsuz da yaxşı deyildi, hətta deyərdim ki, ilk 10 gün ərzində ağciyərlər toxumalarının qalan 10 faizinin də fəaliyyəti müşahidə edilmirdi. Bütün ağciyərin tamam zədələnmiş formada olmasına baxmayaraq, son iki gün ərzində ağciyər toxumasında yenidən havalanmanın müşahidə edilməsi bizi sevindirdi. Artıq həkimlər üçün yeni bir ümid var. Əlimizdən gələni edirik ki, qarşıdakı günlərdə daha yaxşı reaksiyalar alaq”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!