“Həkimlər onu xilas etmək üçün...” - Mehriban Əliyevadan paylaşım

saytların hazırlanması

Evə çatdırılma

“Həkimlər onu xilas etmək üçün...” - Mehriban Əliyevadan paylaşım

Siyasət

16 İyun 2020 16:46 1472


Birinci Vitse – prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkədə paylaşım edib. 

Həmin paylaşımı təqdim edirik: “Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər.

Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. pizza hut

Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik.

Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm.

Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun.

Uca Allah hamıya cansağlığı nəsib etsin”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!