Həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib

saytların hazırlanması

Evə çatdırılma

Həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib

Maraqlı

10 Fevral 2023 17:05 625


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.  Toyuqlu pizza

Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!