Həlak olan polis Xocavəndə niyə gedib?

saytların hazırlanması

Evə çatdırılma

Həlak olan polis Xocavəndə niyə gedib?

Kriminal

10 Oktyabr 2021 13:52 2264


Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən həlak olub. 

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!