Şimali Makedoniya yığmasının kapitanı Stefan Ristovski İtaliyaya qalib gəldikləri matçı (1:0) şərh edib.
Yenisabah.az xəbər verir ki, 30 yaşlı müdafiəçi UEFA-nın saytına açıqlamasında DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal matçı barədə deyib:
“Mən hələ də şokdayam. Qələbə qazandığımıza görə çox sevindim. Evdə səmimi qarşılanmağı səbirsizliklə gözləyirəm. Portuqaliyaya qalib gələ bilərikmi? Təbii ki, biz qələbə qazanacağıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik və mütləq istədiyimiz nəticəni əldə edəcəyik!” pizza mizza
Qeyd edək ki, Şimali Makedoniya pley-off mərhələsinin finalında martın 29-u Portuqaliya ilə qarşılaşacaq.
Telegram kanalımız