“Hələ də xain xofu ilə yaşayır” – Deputat  Paşinyanı təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

“Hələ də xain xofu ilə yaşayır” – Deputat Paşinyanı təhqir etdi

Rəsmi

24 Sentyabr 2021 16:11 1475


“Oktyabrın 7-də Paşinyan müharibəni dayandırmaq təklifini rədd etdi”.

Yenisabah.az xəbər verir ki, bunu barədə “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan öz “Facebook” hesabında yazıb.

"Mən dəfələrlə bildirmişəm ki, 19 oktyabr istisna olmaqla, Rusiya 2 dəfə müharibəyə son qoymağı təklif edib və bu gün də Paşinyanın Rusiyanın 7 oktyabrda müharibəyə son qoymaq təklifini rədd etdiyi təsdiqləndi”, – deyə deputat qeyd edib. Marqarita pizza

Deputat bildirib ki, Nikol Paşinyan müharibəni, yalnız Azərbaycanın Şuşanı almasından, minlərlə erməninin həlak olmasından, azərbaycanlıların Hadrut, Zəngilan, Qubadlı, Şurnuxu və Şahverdilərin (Vorotan) yerləşdiyi Gorus-Qafan magistral yoluna nəzarət etməsindən sonra bitirməyə razılıq verib.

“İndiyə qədər də onun bu mövzuda yeganə açıqlaması bu olmuşdu: “Belə olmasaydı məni xain adlandıracaqdılar”. İndi soruşuram, yenə də xain xofu ilə yaşayır?” – deyə deputat bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!