“Həm dünya çempionatının təşkilatçılığı, həm də Bakı çox gözəldir” - İsveçli atıcı

saytların hazırlanması

Evə çatdırılma

“Həm dünya çempionatının təşkilatçılığı, həm də Bakı çox gözəldir” - İsveçli atıcı

İdman

19 Avqust 2023 16:31 814


"Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir".

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada qızıl medal qazanan İsveç idmançısı Viktor Lindqren deyib.

20 yaşlı atıcı Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib: "İlk dəfə Dünya kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”. pizza hut

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə 100-dən artıq ölkədən 2000-dək idmançı və nümayəndə iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!