HƏMAS daha iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS daha iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verdi

Dünya

21 Oktyabr 2025 23:44 353


HƏMAS iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.

"Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun telegram kanalında məlumat verilib.

Cəmiyyətin əməkdaşları sonra meyitləri Qəzza zolağındakı İsrail qüvvələrinə təhvil verəcəklər. Dominos pizza

Meyitlər İsrailə aparılacaq, ardınca isə ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.

Oktyabrın 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Fələstinli əsirlərin əvəzində israilli girovların azad edilməsi və İsrail qoşunlarının qismən çıxarılması bu planın birinci mərhələsini təşkil edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!