HƏMAS qrupu Qəzza zolağında atəşkəsin ikinci mərhələsi çərçivəsində qalan bütün israilli girovları azad etməyə hazır olduğunu açıqlayıb.
Yenisabah.az Al-Jazeera-ya istinadla xəbər verir ki, daha uzun atəşkəs və İsrail qoşunlarının anklavdan çıxarılması müqabilində hamını birdən azad etməyi təklif edir.
HƏMAS-ın sözçüsü Hazim Qasim İsrailin qruplaşmanın tamamilə tərksilah edilməsi və Qəzza zolağından çıxması çağırışını rədd edib. Dominos pizza
İsraillə Həmas arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Müqavilə üç mərhələni nəzərdə tutur.
Birincidə qrup İsrail həbsxanalarında olan 1500 fələstinli məhbusun müqabilində 33 israilli girovu azad etməlidir. Şərtləri hələ dəqiqləşdirilməmiş ikinci və üçüncü mərhələdə məhbusların mübadiləsi davam etdiriləcək. Üçüncü mərhələ də silahlı münaqişə zamanı dağılmış Qəzza zolağının infrastrukturunun bərpasına başlamalıdır.
Telegram kanalımız