HƏMAS döyüşlərin yenidən başlamasına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS döyüşlərin yenidən başlamasına münasibət bildirdi

Dünya

18 Mart 2025 13:58 234


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasına "son ana qədər" əməl etdiyini və İsrail əsgərlərinə hücum etmək planının olmadığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Hərəkat, razılaşmanın fəaliyyətini davam etdirməsini istədiyini, lakin İsrailin baş naziri Benyamin Netanyahu “müharibəyə yenidən başlamağı” seçdiyini vurğulayıb. pizza

HƏMAS əlavə edib ki, təşkilat üzvlərinin İDF əsgərlərinə qarşı hücumlar hazırladığı iddiası doğru deyil. Bu cür mesajlar döyüş əməliyyatlarının bərpası üçün bəhanədir.

Xatırladaq ki, martın 18-də İsrail HƏMAS-a qarşı hərbi əməliyyatı və Qəzza zolağına zərbələri bərpa edib. /"Unikal" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!