HƏMAS girovların siyahısını təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS girovların siyahısını təqdim etdi

Dünya

19 Yanvar 2025 13:07 154


HƏMAS vasitəçilər vasitəsilə atəşkəs razılaşması çərçivəsində Bazar günü azad edilməsi planlaşdırılan üç qadın girovun adlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kan” telekanalına İsrail hakimiyyətinin nümayəndəsi məlumat verib.

“The Times of Israel” HƏMAS-ın bəyanatına istinadən girovların Romi Qonen, Emili Damari və Doron Ştaynbreçer olduğunu yazır. pizza sifarişi

İsrail tərəfi bildirib ki, HƏMAS-ın bazar günü azad etməli olduğu bütün girovların adlarını alana qədər ölkə hakimiyyəti atəşkəs razılaşmasının şərtlərinə əməl etməyəcək. Hərəkat siyahının İsrailə verilməsinin gecikməsini texniki səbəblərlə izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!