HƏMAS ilk 7 girovu təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS ilk 7 girovu təhvil verdi

Dünya

13 Oktyabr 2025 09:41 391


HƏMAS ilk 7 israilli girovu azad edərək, onları Qırmızı Xaça təhvil verib.

Yenisabah.az "Jerusalem Post"a istinadla xəbər verir ki, azadlığa buraxılanlar arasında Matan Anqrest, Qali və Ziv Berman qardaşları, Alon Ohel, Eitan Mor, Omri Miran və Qay Gilboa-Dallal var.

Girovların köçürülməsi Qəzza şəhərində həyata keçirilir. pizza sifarişi

Qırmızı Xaç bəyan edib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrail və HƏMAS arasında atəşkəs razılaşması çərçivəsində girovların və məhbusların azad edilməsi və təhvil verilməsini asanlaşdırmaq üçün çoxmərhələli əməliyyata başlayıb”.

İsrail hələ ki, bunu rəsmən təsdiqləməyib.

Qalan 13 girov səhər azad ediləcək. Həmas-ın ölən girovların cəsədlərini də İsrailə təhvil verəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!