HƏMAS-ın komandanlarından biri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS-ın komandanlarından biri öldürüldü

Dünya

13 Dekabr 2025 20:52 796


İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb.

Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub. Pepperoni pizza

İsrailin Müdafiə Ordusunun açıqladığı məlumatda isə hücum nəticəsində HƏMAS-ın silahlı qolu "İzəddin əl Qəssam"ın komandanlarından biri olan Raad Saadın öldüyü yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!