HƏMAS-ın komandirlərindən biri öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS-ın komandirlərindən biri öldürülüb

Dünya

18 Mart 2026 12:06 250


Fələstinin HƏMAS silahlı qruplaşmasının təchizat və logistika bölməsinin komandiri Yahya Abu Labdanı öldürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, o, İsrail ordusunun martın 17-də keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Dominos pizza

Məlumata görə, Yahya Abu Labda HƏMAS-ın hərbi qanadına silah və hərbi avadanlığın alınması və daşınmasına cavabdeh idi. Onun nəzarətində onlarla ton raket xammalı və qruplaşmanın istehsal imkanlarını genişləndirmək üçün qabaqcıl elektron komponentlər olub. Bu avadanlıq sonradan 7 oktyabr hücumlarında HƏMAS tərəfindən istifadə edilmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!