HƏMAS məşhur komandanın öldürüldüyünü təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS məşhur komandanın öldürüldüyünü təsdiqlədi

Dünya

08 İyun 2025 09:14 234


Fələstinin HƏMAS hərəkatı “Mücahid Briqadaları” (Kətaib əl-Mücahid) radikal qruplaşmasının komandiri Əsəd Əbu Şəriənin İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində öldürüldüyünü təsdiqləyib.

Yenisabah.az xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram-kanalında dərc olunub.

Bəyanatda bildirilir ki, “Mücahid Briqadaları” təşkilatının baş katibi Əsəd Əbu Şəriyə və onun qardaşı Əhməd Əbu Şəriyə İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub. pizza sifarişi

HƏMAS qeyd edib ki, İsrail Fələstin silahlı qruplaşmalarında xidmət etdiyi 25 il ərzində Əsəd Əbu Şəriyəni dəfələrlə məhv etməyə cəhd edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri iyunun 7-də radikal qruplaşmanın başçısının Qəzza şəhərində öldürüldüyünü açıqlayıb. İsrail ordusu 2023-cü il oktyabrın 7-də İsrailə hücumda, əsirlərin oğurlanması və girov saxlanmasında Mücahid Briqadalarından olan radikalların iştirak etdiyini bildirib./Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!