“Dünəndən deyirlər ki, indi nə vəziyyətdədirsə, efirə çıxa bilməyəcək. Azərbaycanda başına nə gəlirsə-gəlsin, anında sosial şəbəkələrdə yayılır. Çoxları bəxtəvərlik oxuyur. Durduq yerə insanın başına hadisə gəlməsini mən yaşadım”.
Yenisabah.az xəbər verir ki, bu barədə iki gün öncə qəza keçirən aparıcı Zümrüd Bədəlova “Xəbər - ətər” proqramında danışıb. O bildirib ki, qəza zamanı yanında prodüseri Mənsumə də olub:
“Maşını sağa verib saxladım. Və bir anın içində qəza baş verdi. Başı çıxan insanlar deyir ki, əgər qarşı tərəf maşını bir az da sağa verməsəydi, bəlkə də mən də, Mənsumə də indi yox idik. Sosial şəbəkələrdə nə yazılanları oxuyuruq, nə də deyilənlərə qulaq asırıq. Hərənin ağzından bir avaz gəlir, bilib-bilmədən danışırlar. pizza
Həmin an elə bildim ölmüşəm, əlim-ayağım tərpənmir. Üzüm həmin saniyə şişdi, özümə baxası halda da deyildim. O vəziyyətdə məclis idarə etməli idim, gəlin-bəy gözləyirdi. Heç kimə heç bir aidiyyəti yoxdur ki, mən nə yaşamışam?! Getməli idim. Ora da kefimdən getmirdim, çörək pulundan ötrü gedirdim.
Əslində özüm də bilirəm ki, orda saxlamaq, dayanmaq olmaz. Paltarım dar idi, bəzənib-düzənib toya gedirdim. Özümü yaxşı hiss etmədim. Avtomobili kənara verib saxladım. Yaxşı insanların, ən əsası, anamın duası məni qorudu”. / Qafqazinfo
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız