“Həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular” - Xalq artistindən şok sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular” - Xalq artistindən şok sözlər

Şou

20 Yanvar 2020 09:15 1880


Azərbaycanlı məşhurlar 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə xatirələrini bölüşüblər.

“Yeni Sabah”  xəbər verir ki, onlar arasında Xalq artisti Faiq Ağayev də olub.

Tanınmış müğənni həmin anları belə xatırlayıb və maraqlı açıqlamalar verib:  pizza

“Mənim 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram. Evimiz “Salyan kazarması”nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər – axı, onda hamımız sovet xalqı idik. Əlbəttə, kütlə arasında iğtişaşçılar və təhrikçilər şayiələr yayırdılar ki, “İran sərbazları”, “Türk əsgərləri” gələcəklər və onların tanklarını, hərbi qoşunlarını daşla, ağacla qarşılamaq lazımdır. Bir il sonra isə həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular. Qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə onlar “buxarlandılar”. 

Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi baxırdı... Səhər atamla çörək almağa çıxdıq. “Salyan kazarması”nın yanından “Xəzər” kinoteatrı, “Kaspar” xəstəxanası və “Olimp” mağazasına doğru gedirdik. Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük... Qar yağırdı və buna görə 20 Yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz evlərin, demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi. Daha sonra dəfnlər başladı... Şayiələr gəzirdi ki, ölənlər o qədər çoxdur, cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb. Mənə indi də, illər keçəndən sonra da bu barədə danışmaq çox çətindir. Qorxunc faciə yaddaşlarda yaşayır. Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub...”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!