“Həmin üzdəniraq fiqurlar...“ - Faiq Ağayev od püskürdü +   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Həmin üzdəniraq fiqurlar...“ - Faiq Ağayev od püskürdü + VİDEO

Şou

07 Yanvar 2025 10:12 582


Xalq artisti Faiq Ağayev bayağı müğənnilər haqda etdiyi açıqlamalarla diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan müğənni bayağı ifaçılar üçün yeni ad da düşünüb:

“Pop musiqi janrında vəziyyət çox əladır. Gülüstandır. Laləzarlıqdır. Mənim həmkarlarım gözəl-gözəl mahnılar və kliplər çıxardır. Qalmaqallarda iştirak etmirik. Bizim üstümüzə gələn söz-söhbətlərin səbəbkarı biz deyilik. Bizim janrımızdan uzaq olan insanlardır. Onlar da nədənsə özlərini bu şou biznesin bir hissəsi sayırlar. Şou biznes tamaşadır. Şou göstəridir. Şou biznes tamaşa ilə pul qazanmaqdırsa, o üzdəniraq fiqurlar, personajlar şou göstərmir axı. Onlar yalnız özlərini göstərir”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!