“Həmişə səksəkə içində yaşamışam” -   Əhməd Əhmədzadə

saytların hazırlanması

Evə çatdırılma

“Həmişə səksəkə içində yaşamışam” - Əhməd Əhmədzadə

Hadisə

05 Aprel 2021 12:59 2074


"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə jurnalistlərə etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

Yenisabah.az-ın məlumatına görə, Ə.Əhmədzadə deyib ki, ötən əsrdən indiyə qədər rahat yata bilmir:

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”. Sezar pizza

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib. 1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi. (Virtualaz.org)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!