Həmkarlar İttifaqından kütləvi narazılıq:   Tələdən xilas yolu...

saytların hazırlanması

Evə çatdırılma

Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu...

Sosial

31 İyul 2025 09:24 10892


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan əməkdaşların maaşlarından müəyyən məbləğdə vəsait tutur. Lakin bir çoxları bildirir ki, bu qurumdan heç bir dəstək və ya xidmət almırlar.

Bir çox müəllim AHİK-ə üzvlükdən imtina etmək və maaşlarından tutulan vəsaitin dayandırılması üçün ərizə ilə müraciət etməyə hazırlaşır. Onların fikrincə, həmkarlar ittifaqı yalnız formal üzvlük və məcburi tutulmalar üzərində qurulub. Həmin vəsaitlərin hansı istiqamətlərdə xərcləndiyinə dair isə şəffaflıq yoxdur. Bu narazılıq nəticəsində müəllimlər üzvlükdən çıxmağa qərar veriblər.

Maraqlıdır, həmkarlar ittifaqına üzvlük məcburidir, yoxsa könüllü? Üzvlər ərizə yazaraq bu qurumdan çıxa bilərmi? Toplanan vəsaitin xərclənməsi ilə bağlı AHİK-in açıqlama vermək öhdəliyi varmı? Dominos pizza

Mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, həmkarlar ittifaqlarına üzvlük tamamilə könüllüdür:

"Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında və "Həmkarlar İttifaqları haqqında" Qanunda da açıq şəkildə təsbit olunub. Lakin təəssüf ki, təcrübədə vəziyyət fərqlidir. Dövlət idarə və müəssisələrində, eləcə də ali təhsil ocaqlarında işçilər və tələbələr faktiki olaraq məcburi şəkildə bu ittifaqlara üzv edilir. Onların əksəriyyəti bu barədə heç bir ərizə yazmayıb. Amma buna baxmayaraq, hər ay əməkhaqqılarından və ya təqaüdlərindən müəyyən məbləğ tutulur. Bu, açıq şəkildə qanunsuzluqdur".

Əkrəm Həsənov qeyd etdi ki, bu kimi hallarda vətəndaşlar məhkəməyə müraciət edərək onlardan qanunsuz tutulan vəsaitin geri qaytarılmasını tələb edə bilərlər:

"Onlar haqlı olaraq soruşa bilərlər: “Ərizəm olmadan hansı əsasla pulumdan tutulma etmisiniz?"

Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqları yalnız üzvlərinə deyil, ümumilikdə cəmiyyətə qarşı da şəffaf fəaliyyət göstərməyə borcludur:

"Bu qurumlar genişmiqyaslı ictimai birliklərdir və qeyri-hökumət təşkilatı statusuna malikdirlər. Topladıqları vəsaitlərin necə xərcləndiyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verməlidirlər. Təəssüf ki, illərdir bu şəffaflıq təmin olunmur. Bu səbəbdən də, təşkilatdan fayda görməyən şəxslər sadə bir ərizə ilə üzvlükdən imtina edə bilərlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Feride
    Bu qurumun elektron sistemi özünü doğrultmadı, təəsüflər olsun. Təkmil deyil
    10 months ago
  • Süleymanova Ümmü
    Bu quruma üzv olmaq məcburi deyil. 38 ildir ki, maaşımızdan pul tutulur. Nədən? Hamı kütləvi rədd etsin bu qurumu. İki dəfə kurort yazdım imtina gəldi. Camaatın hissləri ilə oynayırlar . Bu qədər də olmaz axı.
    10 months ago
  • Nailə
    Mənim onlayn putyovkami ləğv etdilər, zənglərə cavab vermirlər, Təhsil Nazirliyinin nəznində olduğu üçün müraciət etdim neticə yoxdur. 39 ildi işləyirəm cəmi 1 il 300 m verdilər, sonra öyrəndim ki,sən demə elə öz hesabıma gedirəm,15 faizlə 160 m ödəməli imişəm,yəni qanunsuz şəkildə maaşdan tutulur, ancaq bizə xidmət göstərmirlər. Füzuli rayonuda ki, dəhşətdir.
    10 months ago
  • Zakiyya
    İllərdi rabitədə işlədim,ürəyimdən kecsədə hec vaxt yararlana bilməmisəm. Ancaq hər il davamli eyni insanlarin putofqa almasini ozunuz gorursuz, burda kimin adami var ala bilir,istifadə edir, adamsizlara gələndə 4,5ayəvvəl deyərdin sənədə yazardiq deyib agzimizin ustən vurublar. Ona gorə hec kimi aldatmayaq, Yox desəniz duz demirsiz. Onda niyə arasdirma aparmirsizki bu boyuklukdə olan təskilatda elə 4,5 nəfər işləyir hər il istədiyi istirahət mərkəzlərinə və ta sanatoriyalara gedir????Diqqət etsənuz təkrar təkrar eyni adamlara aiddir. Mən deyirəm elə atalarin bir sözu var baliq basdan iýlənir. Sizlər bunlari yoxlasaniz gorərsiz.Hər il kimlər gedir eyni adamlar. Cunki idarə onlardan ibarətdir.
    10 months ago
  • Vuqar
    Həmkarlarla ne qohumum var nede tanişim online qeydiyyatdan keçdim istirahət mərkəzini seçdim Nabran El Faro 5 gecelik vallah təsdiq geldi odeniş etdim getdim dincəldim geldim .amma zənglərə qəti cavap vermirler
    10 months ago
  • Lətif
    Bu il ahik zülm elədi camaata 40 ilin müəllimi 2.ildi putyovka ala bilmirəm zənglərə onlayın göndərişlərə cavab vermədilər Allah bəlanızı versin
    10 months ago