“Həmkarlar”da növbədənkənar qurultay:    Sahib Məmmədov narahatdır

saytların hazırlanması

Evə çatdırılma

“Həmkarlar”da növbədənkənar qurultay:  Sahib Məmmədov narahatdır

Sosial

18 Noyabr 2025 12:42 4731


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) növbədənkənar VIII qurultaya hazırlaşır.

“Yeni Sabah” bildiri ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, dekabrın 16-da keçirilməsi planlaşdırılan ali tədbir “Alov Qüllələri”ndə olacaq.

Bildirilir ki, qurultayda AHİK sədrinin 2024-2025-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, sədr seçkisi olacaq. pizza sifarişi

Qeyd edək ki, bu, AHİK-in son 1 ildə ikinci növbədənkənar qurultayıdır. Belə ki, Konfederasiya 2024-cü il avqustun 26-da növbədənkənar VII qurultayını keçirib. Tədbirdə Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verib. Onun yerinə isə Sahib Məmmədov AHİK-in sədri seçilib.

Onu da nəzərə çatdıraq ki, Sahib Məmmədov sədr seçiləndən sonra qurum daxilində ciddi narazılıqların olduğu bildirilir. Bununla bağlı mediada da bəzi məlumatlar yer alıb. Belə ki, S.Məmmədovun idarəçiliyi, tabeliyində olan şəxslərlə davranışları ciddi narazılıq yaradıb. Hətta S.Məmmədovun özü ilə gətirdiyi kadrların bir neçəsi belə qısa zamanda ərizə yazaraq işdən çıxıblar. Bu və bunun kimi səbəblərdən S.Məmmədovun AHİK sədri seçilməsi ilə bağlı da qeyri-müəyyənlik var. Təbii olaraq, bu da hazırkı sədri narahat edir. Hər halda, bütün suallara qurultayda cavab veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emin Veliyev
    Salam men Naftalan şəhəri sakiniyem Vətən müharibəsi və antiterror tədbirlerin iştirakaciyam sizden xaiş edirəm ki Naftalan şəhəri həmkarlar ittifaqı aid olan sağlamlıq mərkəzini məni isden təmin edesiz mene dediler sənəd duzeld hazirladim amma qaldı çağırmışdılar.ailəliyəm 2 övladım var az yaşlı əlaqə nömrəsi...050 898 47 58
    5 months ago
  • Məmmədov Ramiz Alı oğlu.
    AHK-də özbaşınalıq baş alıb gedir. Sahib Məmmədov öz adamların başına yığanda belə olmalı idi. Deyirlər ki, guya yığılan pulların 25%-i əllərindən alını. Kim alır, niyə alır ki? Özləri pul qazanmaq üşün yollayışlar başqa-başqa yollarla satdırırlar.
    6 months ago